Muarem Muarem: "Bu məsələ ilə bağlı Aqolli ilə zarafatlaşıram" MÜSAHİBƏ

10:54 - 26 Avqust 2016

"Qarabağ" - "Göteborq" matçından sonra Ağdam təmsilçisinin futbolçusu Muarem Muarem Sportal.az-a müsahibə verib.

 

- "Qarabağ”ın futbolçuları nəyə görə keçirəcəkləri oyundan öncə mətbuatdan qaçırlar?
- Oyunlardan öncə çox aqressiv oluruq və istəmədiyimiz ifadələri işlədə bilərik. Əsas səbəb budu. Ancaq baş məşqçimiz bizə danışmaqla bağlı hər hansı bir qadağa qoymur. Əgər hər-hansı bir qadağa olsa, bunu sizlərə deyirik.  

 
- Bu gün bir çoxları "Qarabağ”ın qələbə qazancağını gözləmirdi. Ancaq sübut etdiniz ki, səfərdəki məğlubiyyət təsadüfidi...
- Düzdü, səfərdəki oyunda topa nəzarət edən tərəf biz idi. Amma topu özündə daha çox saxlamaq hər şey demək deyil. Qol vurmaq və hücumlar etmək daha önəmlidi. Rəqibi yaxşı analiz etsək də, ilk oyunda gözlədiyimizdən fərqli oynadılar. Cavab oyuna çox yaxşı hazırlaşmışdıq. İlk oyunu izlədik və baş məşqçimizlə geniş analizlər apardıq. 3-4 gün ard-arda səfərdə keçirdiyimiz oyunu izlədik. Düzdü, insan bir şeyi hər gün izlədikdə bezə bilər. Ancaq biz davam gətirdik və cavab matçına çox ciddi hazırlaşdıq. 
 

- Oyunboyu görsənməsən də, "Qarabağ”ın ən gizli forvardı sənsən. Bu barədə nə deyə bilərsən?
- Mən sadəcə baş məşqçimizin dediklərini yerinə yetirirəm. Baş məşqçimiz hər futbolçuya bir tapşırıq verir ki, mənim də tapşırıqlarım fərqli olur. Lakin mən özümü dəyərləndirmək fikrində deyiləm. Əgər komandanın oyunu alınırsa, mənim də oyunum qaydasında gedir. 
 

- Son zamanlar oyunun sonlarına yaxın baş məşqçiniz səni əvəzləməyi məsləhət bilir. Bu, taktiki gedişdi, yoxsa fiziki cəhətdən çatdıra bilmirsən?
- Xeyr, fiziki durumla bağlı problemimiz yoxdu. Hər kəs özünü 90 dəqiqə oynamğa hazır hiss edir. Dəyişikliklər barədə baş məşqçimiz qərar verir. Mən meydanda olduğum müddətdə komandamıza yalnız xeyir vermək haqqında düşünürəm.

 
- Yenidən Makedoniya millisinə dəvət alacağını düşünürsənmi?
- Əlbəttə, düşünürəm. Bildiyiniz kimi Makedoniya və Albaniya yığmaları qarşılaşacaq. Bu məsələ ilə bağlı Aqolli ilə də zarafatlaşıram ki, bir-birimizə qarşı oynayacağıq. Milli komandada oynamaq mənim üçün çox önəmlidi. Ümid edirəm ki, növbəti dəfə milliyə dəvət alacağam (Bu zaman "Göteborq"un baş məşqçisi Yorgen Lennardsson Muaremi qucaqlayaraq onu təbrik edir və uğurlar arzulayır).
 

- Son olaraq qrup mərhələsi haqqında danışardın. Daha çox hansı komandaya rəqib olmaq istəyərdiniz?
- İndi çox həyəcanlıyam və bu barədə danışa bilmirəm. Bizim əsas məqsədimiz qrupa düşmək idi. İnşallah qrup mərhələsində də yaxşı oyunlar sərgiləyəcəyik. 

 

Xəbər xətti