Millimizin üzvünün qolu komandasına qələbə qazandırdı

00:15 - 27 Avqust 2016

Almaniya 3-cü Bundesliqasında 5-ci turun qarşılaşmaları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Tuğrul Eratın şərəfini qoruduğu "Duyzburq" səfərdə "Maqdeburq"un qonağı olub. Qarşılaşma Eratın komandasının 2 - 1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Millimizin üzvü matça start heyətdə başlayıb və 70 dəqiqə mübarizə aparıb. 23 yaşlı forvard matçın 40-cı dəqiqəsində fərqlənməklə komandasına qələbə qazandırıb.

 

Qeyd edək ki, 5 turdan sonra aktivində 11 xal olan "Duyzburq" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Xəbər xətti