"Bavariya" mövsümə 6 qolla başladı VİDEO

00:55 - 27 Avqust 2016

Almaniya Bundesliqasında 2016/2017-ci il mövsümünə start verilib.

 

Sportal.az xəbər verir ki, açılış matçında "Bavariya" doğma meydanda "Verder" Bremeni qəbul edib. Münhen təmsilçisi bu matçda rəqibini biabırçı hesabla məğlub edib. Belə ki, görüş "Bavariya"nın 6 - 0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

"Bavariya" - "Verder" Bremen 6:0

QOLLAR: Xabi Alonso, 9, Robert Levandovski, 13, 46, 77, Filip Lam, 66, Frank Riberi, 73

 

 

Xəbər xətti