İdman Azərbaycan kanalı daha 3 futbol çempionatının yayımına başlayır

11:04 - 27 Avqust 2016

İdman Azərbaycan kanalı daha 3 futbol çempionatının yayımına başlayır.

 

Sportal.az kanalın rəsmi saytına istinadən xəbər verir ki, bu həftədən etibarən futbol üzrə Argentina çempionatının oyunları canlı yayımlanacaq. Hər tur 4 oyunun canlı yayımı gözlənilir. Bu həftə 1-ci turun San Lorenso - San Martin , River Pleyt-Banfild və Lanus Boka Xuniors qarşılaşmaları canlı təqdim ediləcək.

 

Bundan əlavə, Serbiya və Xorvatiya çempionatlarının oyunları da canlı olaraq yayımlanacaq.

 

Xəbər xətti