Manuel Pelleqrininin yeni klubu məlum oldu

12:57 - 27 Avqust 2016

Ötən mövsümün sonunda "Mançester Siti"dən ayrılan çilili baş məşqçi Manuel Pelleqrinin yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, 62 yaşlı mütəxəssis Çinin "Hebey Çin Fortun" klubunu çalışdıracaq. Onun müqaviləsinin şərtləri açıqlanmayıb.


Qeyd edək ki, "Hebey Çin Fortun"da Jervinyo, Ersan Gülüm, Stefane Mbia, Qael Kakuta və Ezekiel Lavezzi kimi futbolçular çıxış edir.

 

Xəbər xətti