"Göteborq" UEFA-ya şikayət etdi

14:24 - 27 Avqust 2016

"Göteborq" Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a 3:0 hesablı məğlubiyyətdən sonra qarşılaşmanın keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü ilə bağlı Ağdam klubundan UEFA-ya şikayət edib.


Sportal.az xəbər verir ki, bu haqda "Göteborq" klubun idman direktoru Mats Qren bildirib.

 

O, qazonun bərbad olduğunu bildirib. Qren futbolçuları – Mikael Boman və Soren Riksin ot örtüyünün pis halda olmasına görə zədələndiklərini bildirib.

 

Xəbər xətti