Samir Məsimovun komandası məğlub oldu

16:49 - 27 Avqust 2016

Futbol üzrə Sloveniya çempionatında 7-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun çıxış etdiyi "Domjale" də növbəti matçına çıxıb. Həmyerlimizin komandası səfərdə "Qoritsa" ilə qarşılaşıb.

 

Futbolçumuzun komandası ötən tur olduğu kimi, bu oyundan da məğlubiyyətlə ayrılıb. Qarşılaşma meydan sahiblərinin 3 - 1 hesablı qələbəsi ilə yekunlaşıb. Samir ilk 6 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb. 

 

Qeyd edək ki, "Domjale" 7 turdan sonra 11 xalla 10 klub arasında 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti