Çempionlar Liqasında "Qarabağ"a qarşı oynamış futbolçular Türkiyə klubunda

18:23 - 27 Avqust 2016

Türkiyənin "Qaziantepspor" klbunu heyətini 2 futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qaziantep təmsilçisi Çexiyanın "Viktoriya" Plzen klubunun futbolçuları Frantisek Rajtoral və Daniel Koları transfer edib. Hər iki müdafiəçi ilə  2+1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Kolar və Rajtoral Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Viktoriya"nın heyətində "Qarabağ"a qarşı oynamışdı.

Xəbər xətti