Nazarovlu "Aue" səfərdə məğlub oldu

18:45 - 27 Avqust 2016

Almaniya 2-ci Bundesliqasında 3-cü turun qarşılaşmalrı keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" də növbəti matçına çıxıb. Erzgebirge təmsilçisi səfərdə "Qroyter Furz"la üz-üzə gəlib. Matç meydan sahiblərinin 3 - 2 hesablı qələbəsi ilə başa çatıb.

 

Nazarov matça start heyətdə başlayıb və 58-ci dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, 3 turdan sonra aktivində 3 xal olan "Aue" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Xəbər xətti