"Beşiktaş"da ciddi itki

19:04 - 27 Avqust 2016

İstanbulun "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, "qara qartallar" aparıcı futbolçularından olan Oğuzxan Özyakupu itirib. Super Liqanın 2-ci turu çərçivəsində səfərdə "Konyaspor"la keçirilən matçda zədələnən gənc yarımmüdafiəçinin əzələsində yırtıq aşkarlanıb. 24 yaşlı futbolçu ən azı 10 gün komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Konyaspor" - "Beşiktaş" matçı 2 - 2 hesablı bərabərliklə başa çatmışdı.

Xəbər xətti