AZAL legioner futbolçu transfer etdi

00:37 - 28 Avqust 2016

AZAL daha bir futbolçunun keçidini həll edib.

 

Sportal.az xəbər verir ki, "təyyarəçilər” İrandan olan Fəriz Afşanla anlaşıb. 
 
Bu barədə məlumatı paytaxt klubunun baş məşqçisi Tərlan Əhmədov saytımıza açıqlamasında məlumat verib. Təcrübəli mütəxəssis bildirib ki, yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, AZAL yay transfer dönəmində Mahsun Qəmbərli, Elvin Həsənəliyev, Röyal Nəcəfov, Aqil Məmmədov, Ramazan Abbasov, Ruslan Əmircanov, David Canalidze, Rəşad Əzili və Fok Brayan kimi futbolçularla güclənmişdi.

Xəbər xətti