"Beşiktaş" "Porto"nun hücumçusunu transfer etdi FOTO

01:23 - 28 Avqust 2016

Mari Qomezin gedişindən sonra hücumçu axtarışında olan "Beşiktaş" artıq bu problemi həll edib.

 

Sportal.az xəbər verir ki, "qara qartallar" "Porto"nun futbolçusu Vinsent Abubakarı heyətinə cəlb edib. Kamerunlu futbolçu artıq yeni İstanbula gəlib. Tibbi müayindən keçdikdən sonra 24 yaşlı forvard ilə rəsmi müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Abubakar ötən mövsüm "Porto" forması ilə meydana çıxdığı 42 rəsmi matçda 18 dəfə fərqlənməyi bacarıb.

 

Xəbər xətti