"Qarabağ"ın rəqibi hücumçusunu icarəyə verdi

11:06 - 28 Avqust 2016

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Fiorentina" hücumçusunu icarəyə verib.

 

Sportal.az xəbər verir ki, komandanın forvardı olan Cüzeppe Rossi karyerasını İspaniya La Liqasında davam etdirəcək. 29 yaşlı futbolçu "Selta" klubuna icarəyə verilib. Rossi Viqo təmsilçisində 1 illik icarə əsasında çıxış edəcək.

 

Qeyd edək ki, Rossi ötən mövsümün qış fasiləsindən sonra "Levante"yə icarəyə verilmişdi. O, 17 oyuna 6 qol vurmuşdu.

Xəbər xətti