"Barselona" hücumçusunu icarəyə verdi

17:03 - 28 Avqust 2016

"Barselona"nın hücumçusu Munir EL Haddadi karyerasını "Valensiya"da davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı hücumçu yeni komandasında icarə əsasında çıxış edəcək. Artıq klublar arasında razılıq əldə olunub. İcarə müddəti 1 illik nəzərdə tutulub.

 

Qeyd edək ki, 2014-cü ildən Kataloniya klubunda çıxış edən ispaniyalı futbolçu 25 oyuna 4 qol vurub.

Xəbər xətti