"Qalatasaray" klubu transfer çalışmalarına davam edir.
Sportal.az xəbər verir ki, İstanbul klubu "Nyukasl"ın dayaq yarımmüdafiəçisi Şeyk Tioteni transferini bitirmək üzrədir. Kot-d-İvuarlı futbolçu tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Şeyk Tiote 2010-cu ildən "Nyukasl"da çıxış edir.