Millimizin futbolçusunun oynadığı matçda hesab açılmadı

19:09 - 28 Avqust 2016

Hollandiya 2-ci liqasında 5-ci tura yekun vurulub.
 
Sportal.az xəbər verir ki, 19 yaşlılardan ibarət milli komandamızın üzvü Ziya Əzizovun şərəfini qoruduğu "Den Boş" səfərdə "Breda" ilə üz-üzə gəlib. Ziya oyuna 32-ci dəqiqədə daxil olub və sona qədər mübarizə aparıb. Qarşılaşmada isə hesab açılmayıb - 0:0.
 
Qeyd edək ki, 5 turdan sonra aktivində 4 xal olan "Den Boş" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər xətti