Olimpiyadada medal qazana bilməyən idmançılar həbs edildi

19:40 - 28 Avqust 2016

Zimbabvenin Rio-2016 yay Olimpiya oyunlarında iştirak edən bütün idmançıları həbs edilib. 

 

Sportal.az xəbər verir ki,  bu barədə qərarı Zimbabvenin prezidenti Robert Muqabe verib. O, bu addımı zimbabveli idmançıların Riodan medalsız qayıtmasına görə edib. 31 idmançı ilə Olimpiyadada iştirak edən Zimbabvenin ən yaxşı nəticəsi 8-ci yer olub. Buna görə də qəzəblənən Muqabe idmançıların həbs olunması ilə bağlı göstəriş verib:

 

“Biz özlərini idmançı adlandıran bu siçovullara dövlət pulları xərcləmişdik. Qonşu dövlətlər gümüş və bürünc medallar qazanır. Əgər siz bizim Botsvandan olan qonşularımız kimi özünüzü qurban verib heç olmasa 4 və ya 5-ci yeri tuta bilməyəcəkdinizsə, onda niyə dövlətin pullarını boş yerə xərcləməyə getdiniz?"

Xəbər xətti