"Qəbələ"nin rəqibinin futbolçusu Premyer Liqa klubunda FOTO

00:23 - 30 Avqust 2016

İngiltərənin "Uotford" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Anderlext"in hücumçusu Stefano Okakanı transfer edib. 27 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. "Uotford" İtalyan futbolçunun transferi üçün Belçika klubuna 10 milyon funt-sterlinq ödəyib.

 

Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 2015/2016-cı il mövsümündə "Anderlext" forması ilə meydana çıxdığı 37 matçda 15 dəfə fərqlənib.

 

Xəbər xətti