Rövnəq Abdullayev Prosineçki ilə görüşdü FOTO

00:35 - 30 Avqust 2016

Bu gün Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə görüşüb.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə AFFA-nın vite-prezidenti Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Apellyasiya Arbitraj Tribunalının sədri Muxtar Babayev, AFFA-nın texniki direktoru Bernhard Lippert və Apellyasiya Arbitraj Tribunalının üzvü Murad Heydərov iştirak edib. Robert Prosineçki millinin hazırlıq prosesi barədə məlumat verib, komandada yüksək əhval-ruhiyyənin hökm sürdüyünü deyib. 

 

AFFA prezidenti dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də keçiriləcək San Marino - Azərbaycan oyununda millimizin qələbə qazanacağına ümidvar olduğunu bildirib, komandaya uğurlar arzulayıb.

 

Xəbər xətti