Budaq Nəsirovun komandası məğlub oldu

01:28 - 30 Avqust 2016

Portuqaliya ikinci liqasında 5-ci turun qarşılaşmaları keçirilir.
 
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq B" növbəti matçına çıxıb. Lissabon təmsilçisi doğma meydanda "Vizela"yla qarşılaşıb. Matç qonaqların 2 - 1 hesablı qələbəsi ilə başa çatıb.
 
Budaq Nəsirov bu qarşılaşmada ehtiyat oyunçular skamyasında yer alıb. Baş məşqçi həmyerlimizə şans verməyib.
 
Qeyd edək ki, 5 turdan sonra aktivində 4 xal olan "Sportinq B" turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.

 

Xəbər xətti