Azərbaycanlı futbolçunun Türkiyə macərası qısa çəkdi

10:52 - 30 Avqust 2016

Azərbaycanlı futbolçu Orxan Səfiyaroğlu karyerasını Türkiyədə davam etdirəcəyi ilə bağlı məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bu ölkənin Bal Liqasında mübarizə aparan "İsparta Darvazspor"la 1 illik müqavilə imzalamışdı. Ancaq Səfiyaroğlu müqavilə imzaladıqdan sonra ona vəd olunan məbləğli almadığı üçün klubdan ayrılıb.

 

"Xəzər Lənkəran"ın sabiq futbolçusu karyerasını Azərbaycan I Divizionunda çıxış edən "Səbail" klubunda davam etdirəcək.

Xəbər xətti