Millinin sabiq üzvü Türkiyə klubunda FOTOLAR

11:37 - 30 Avqust 2016

Azərbaycanlı futbolçu Tərlan Əhmədov Türkiyədə klubunu dəyişib.

 

Sportal.az xəbər verir ki, "Qəbələ"nin yetirməsi olan Əhmədov Türkiyənin aşağı liqasında mübarizə aparan "Kültürspor" klubu ilə 1 illik müqavilə imzalayıb. Əhmədovun təqdimetmə mərasimində klubun prezidenti Levent Meric də iştirak edib.

 

Qeyd edək ki, Tərlan Əhmədov 19 yaşadək milli komandamızın üzvü olub.

 

Xəbər xətti