İslandiya millisinin üzvü "Qalatasaray"da

12:42 - 30 Avqust 2016

Türkiyənin "Qalatasaray” klubu hücum xəttini gücləndirib.

 

Sportal.az xəbər verir İstanbul nəhəngi Fransanın "Nant" klubunda Kolbeyn Siqtorssonu heyətinə qatıb. İslandiya millisinin hücumçusu bu gün tibbi müayinədən keçəcək və "sarı-qırmızılar”la münasibətlərini rəsmiləşdirəcəck. 26 yaşlı futbolçu mövsümü icarə əsasında "Qalatasaray”da keçirəcək. 
 

Qeyd edək ki, Siqtorsson ötən mövsüm 3,8 milyon avro qarşılığında "Ayaks”dan "Nant”a transfer olunub. O, Fransa klubunun  heyətində çıxdığı 31 matçda 4 qol vurmağı bacarıb. 

 

Xəbər xətti