"Qarabağ" serbiyalı futbolçu transfer edir

13:10 - 30 Avqust 2016

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" klubu heyətini serbiyalı futbolçu ilə gücləndirə bilər.

 

Sportal.az "mozzartsport"a istinadən xəbər verir ki, "Partizan"ın qapıçısı Boyan Şaranov karyerasını "Qarabağ"da davam etdirə bilər. 28 yaşlı qolkiper klubla müqaviləsini ləğv edəcək və "Qarabağ"a azad agent statusu ilə keçəcək. Serbiyalı futbolçu "Partizan"dan alacağı əmək haqqını kluba bağışlayacaq.

 

Qeyd edək ki, Serbiya millisinin üzvü olan Şaranov bu ilin yanvar ayından "Partizan"da çıxış edir. O, Belqrad klubunda 18 oyun keçirib.

Xəbər xətti