"Qarabağ"ın futbolçusu "Zirə"də

13:43 - 30 Avqust 2016

“Zirə” transfer çalışmaları davam edir.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qartallar" daha bir futbolçu ilə güclənib. Yeni transfer "Qarabağ"ın futbolçusu Cavid Tağıyevdi. Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.


Cavid Tovuzun “Rote Fahne” və “Turan” klubları ilə yanaşı, AZAL-ın da formasını geyinib. Futbolçu son mövsümü “Qarabağ”da keçirib. Tağıyev həmçinin, futbol üzrə milli komandamızın şərəfini qoruyur.

Xəbər xətti