"Qarabağ"ın transfer etmək istədiyi serbiyalı futbolçu Sportal.az-a danışdı

14:29 - 30 Avqust 2016

“Qarabağ”ın Serbiya millisinin vә "Partizan" klubunun qapıçısı Boyan Şaranovu transfer etmәk istәdiyi haqda məlumat vermişdik.

 

Sportal.az-a açıqlama verәn futbolçu özü dә bu xəbəri tәsdiqlәyib:

 

“Bәli, “Qarabağ”a keçidim gündəmdədir. Uzun müddətdir ki, danışıqlar aparırıq. Təxmini 2 il olar. Amma məsələ rəsmiləşməyib. Münasibәtlәr rәsmilәşәndәn sonra sizә әtraflı məlumat verə bilərəm”.

 

Qeyd edək ki, Şaranovun azad agent statusu ilə "Qarabağ"a keçəcəyi gözlənilir.

Xəbər xətti