"Neftçi"nin futbolçusu ayrılıq iddialarına aydınlıq gətirdi

15:15 - 30 Avqust 2016

“Bu ilin sonunda "Neftçi”dən gedəcəyimlə bağlı xəbəri oxuyanda çox təəccübləndim. Bu məlumat həqiqəti əks etdirmir”.

 

Sportal.az saytının məlumatına görə, bunu “Neftçi”nin mərkəz müdafiəçisi Jairo Filyo Rodriges deyib.

 
Klubun rəsmi saytına açıqlama verən braziliyalı futbolçu “Neftçi”dən ayrılmaq fikrində olmadığını bildirib. O, paytaxt klubunda özünü xoşbəxt hiss etdiyini söyləyib:

 

“Mən “Neftçi”dəyəm və müqaviləmin müddəti başa çatanadək burada qalacam. Bizim çox gözəl kollektivimiz var. Komandamızın uğurları üçün birlikdə əlimizdən gələni etməyə çalışacağıq. "Neftçi”də xoşbəxtəm”.

 
Qeyd edək ki, Jairo Filyo Rodriges “Neftçi” ilə başa çatan müqavilə müddətini bu yay uzatmışdı.

Xəbər xətti