"Qarabağ" "Dalğa Arena"da oynayacaq

15:27 - 30 Avqust 2016

UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edəcək “Qarabağ” ev oyunlarını “Dalğa Arena”da keçirəcək.

 

Bu barədə məlumatı Sportal.az-a klubun icraçı direktoru Əmrah Çəlikəl verib.

 

O, artıq bununla bağlı UEFA-ya sorğu göndərdiklərini bildirib:

 

“Artıq UEFA-ya sorğu göndərmişik. Ot örtüyünün yaxşı olmasına görə oyunlarımızı “Dalğa Arena”da keçirmək istəyirik. Amma son qərarı qitə futbol qurumu verəcək”.

 

Çəlikəl daha az tutuma malik “Dalğa Arena”nı seçərkən azarkeşlərin nəzərə alınıb-alınmaması ilə bağlı suala da cavab verib:

 

“Biz də istəyərdik ki, daha böyük stadionda çıxış edək. Amma vəziyyət elədir ki, ot örtüyü daha vacib amildir. Bu səbəbdən də “Dalğa Arena”nı seçdik”.

 

Xəbər xətti