Ulduz futbolçu Çexiya klubunda FOTO

17:39 - 30 Avqust 2016

"Arsenal"dan ayrılan Tomas Rosiskinin yeni klubunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı futbolçu karyerasını ölkəsində davam etdirəcək. Belə ki, təcrübəli futbolçu karyerasına başladığı "Sparta" Praqa klubuna geri dönüb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb. Çexiya millisinin kapitanı yeni komandasında 10 nömrəli forma ilə çıxış edəcək.

 

Qeyd edək ki, Rosiski karyerası ərzində "Borussiya" Dortmund, "Arsenal" kimi klubların şərəfini qoruyub. Ulduz futbolçu London təmsilçisinin heyətində meydana çıxdığı 170 matçda 19 dəfə fərqlənməyi bacarıb.

 

Xəbər xətti