"Barselona"dan rəsmi transfer FOTO

18:35 - 30 Avqust 2016

“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Pako Alkaseri transfer edib. 23 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Pakonun transferi Kataloniya klubuna 30 milyon avroya başa gəlib. Futbolçunu almaq istəyən klub 100 milyon avro ödəməli olacaq.

 

Qeyd edək ki, Alkaser ötən mövsüm La Liqaa 34 oyun keçirib, 13 qol vurub, 6 qol ötürməsi edib.

 

Xəbər xətti