"Arsenal" ispan hücumçu transfer etdi

20:40 - 30 Avqust 2016

"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "topçular" "Deportivo"nun futbolçusu Lukas Peresi transfer edib. London təmsilçisi ispan forvardın transferi üçün qarşı tərəfə 20 milyon avro ödəyib.

 

Qeyd edək ki, 27 yaşlı hücumçu ötən mövsüm La Liqada keçirdiyi 36 oyunda 17 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti