"Beşiktaş" daha 3 futbolçu ilə gücləndi

00:04 - 31 Avqust 2016

Türkiyəni Çempionlar Liqasında təmsil edən "Beşiktaş" heyətini 3 yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul klubu ötən il 6 milyon avro qarşılığında Almanyanın "Leypsiq" klubuna satdığı Atınç Nukanı heyətinə cəlb edib. Gənc müdafiəçi 1 illik icarə əsasında çıxış edəcək.

 

"Fənərbaxça"dan ayrılaraq "İnter"ə transfer olunan Caner Erkinin İtaliya macərası qısa çəkib. Caner Erkin də Nukan kimi "Beşiktaş"da 1 illik icarə əsasında çıxış edəcək.

 

İstanbul klubu həmçinin "Lester Siti"dən Gökhan İnleri də transfer edib. İsveçrə millisinin üzvü "qara qartallar"la 3 illik müqavilə imzalayacaq.

 

 

Xəbər xətti