"Qalatasaray"ın futbolçusu millimizin üzvü ilə eyni klubda

00:42 - 31 Avqust 2016

"Qalatasaray”ın hücumçusu Umut Bulutun yeni klubunun adı məlum olub.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı forvard karyerasını "Kayserispor”da davam etdirəcək. Türkiyə millisinin üzvü "Kayserispor"da 1 illik icarə əsasında çıxış edəcək.

 
Qeyd edək ki, Umut 2012-ildən "Qalatasaray”da çıxış edir.

 

Əlavə edək ki, milli komandamızın futbolçusu Ufuk Budak da "Kayserispor"da çıxış edir. O, son turda "Fənərbaxça"ya vurduğu qolla diqqətləri öz üzərinə çəkmişdi.

Xəbər xətti