Bir şəklə sözardı: Yenilər də kapitanın ətrafına toplaşıb FOTO

01:01 - 31 Avqust 2016

Bir neçə gündən sonra milli komandamız DÇ-2018-də mübarizəyə başlayacaq. İlk oyunumuz səfərdə San Marino ilə olacaq. Millimiz Robert Prosineçkinin rəhbərliyi ilə oyuna hazırlaşır. Ramil Şeydayev və Emin Mahmudov da artıq yığmamıza qoşulublar və qarşıdakı matçda çıxış edəcəklər.

 

Millinin düşərgəsindən bir şəkil diqqətimizi çəkdi. Yığmanın kapitanı Rəşad Sadıqov nəsə danışır, Ramillə Emin isə gülümsəyirlər. Hamı bilir ki, Sadıqov həm “Qarabağ”ın, həm də milli komandanın lideridir. Onun elə meydanda varlığı komanda yoldaşları üçün stimuldur. Bu şəkildən hiss olunur ki, kapitan yalnız meydanda yox, ondan kənarda da yaxşı ab-hava qurmağa çalışır. Elə edir ki, yenilər sıxılmasın, özlərini vətəndə yad kimi hiss etməsinlər. Əgər xatirinizdədirsə, ötən tsiklin sonunda Rəşadın millidən getmək məsələsi gündəmə gəlmişdi. Sonda qalmaq qərarı verdi, çünki bu gün Sadıqov milliyə çox lazımdır, həm meydanda, həm də meydandan kənarda! 

 

Xəbər xətti