İsveç klubu "Qəbələ"nin rəsmi təklifini qəbul etmədi

01:19 - 31 Avqust 2016

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" heyətini gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" İsveçin "Örebro" klubunun yarımmüdafiəçisi Erik Martin Broberqi heyətinə cəlb etmək istəyir. "Qəbələ" 25 yaşlı futbolçu üçün rəsmi təklif də yollayıb. Lakin qarşı tərəf "Qəbələ"nin təklifini qəbul etməyib.

 

"Örebro" Broberq üçün daha çox pul tələb edir. İsveç klubu "Qəbələ"nin 2-ci təklifini gözləyir.

Xəbər xətti