"Sumqayıt" "Zirə"ni məğlub etdi

20:11 - 2 Sentyabr 2016

Premyer Liqada yaranmış fasilədən istifadə edən "Sumqayıt" növbəti yoxlama matçını keçirib.

 

Sportal.az xəbər verir ki, "Kapital Bank Arena"da "Zirə" ilə baş tutan oyunda Samir Abasovun yetirmələri 1:0 hesablı qələbə qazanıb. Oyunda yeganə qolu Amil Yunanov vurub.

Xəbər xətti