Rail Məlikov növbəti turu buraxacaq

13:49 - 3 Sentyabr 2016

Ötən gün yoxlama matçında "Zirə" ilə qarşılaşan "Sumqayıt" ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın təcrübəli futbolçusu Rail Məlikov sıradan çıxıb. Qarşılaşmanın ilk hissəsində Təmkin Xəlilzadə ilə mübarizə zamanı zədələnən müdafiəçi oyunu sona qədər davam etdirə bilməyib. Onun zədəsinin ciddi olduğu bildirilir. Bu səbəbdən Məlikov Premyer Liqanın növbəti turunda "kimyaçılar"a kömək edə bilməyəcək.

 
Qeyd edək ki, "Sumqayıt" sentyabrın 11-də "İnter"i qəbul edəcək.

 

Xəbər xətti