Məşhur futbolçu musiqiyə görə futboldan getdi

15:48 - 3 Sentyabr 2016

İtaliya millisinin sabiq üzvü Dani Osvaldo futbolçu karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, son mövsümü "Boka Xuniors"un heyətində keçirən hücumçu 30 yaşında bu barədə qərar qəbul edib. O, bu barədə özü açıqlama verib.

 
Maraqlıdı ki, Dani Osvaldo bundan sonra musiqi ilə məşğul olacaq. O, peşəkar musiqçi olmaq istədiyi üçün butslarını mıxdan asmaq qərarına gəlib.
 

Qeyd edək ki, Osvaldo karyerası ərzində "Yuventus", "İnter", "Roma", "Sauthempton", "Portu" vı "Boka Xuniors" kimi məşhur komandalarda oynayıb.

 

Xəbər xətti