"Sumqayıt" hücumçusundan şad xəbər aldı

13:47 - 4 Sentyabr 2016

Sumqayıt"ın yay transfer pəncərəsində "Neftçi"dən heyətinə qatdığı Məhəmməd Qurbanovun əməliyyat olunduğu haqda məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, hücumçu qasıq nahiyəsindən əməliyyat olunub. Məhəmməd Qurbanov uzun müddətdən sonra artıq məşqlərə start verib.

 

Ancaq Qurbanov qarşıdakı bir neçə turda forma geyməyəcək.

Xəbər xətti