"Xəzər Lənkəran" 3 komanda ilə mübarizəni davam etdirəcək

Ötən mövsümün yekunlarına əsasən Premyer Liqada yerini itirən “Xəzər Lənkəran” əsas komandasının fəaliyyətini dayandırmışdı. Hələ o vaxt məlumat verilmişdi ki, uşaq komandaları çıxışlarını davam etdirəcəklər.  

 

Artıq uşaq futbol liqalarında yeni mövsüm başlayır. Bəs, “Xəzər Lənkəran”ın komandaları bu yarışlara qatılacaqmı? Sportal.az-ın əldə etdiyi məlumata görə, cənub təmsilçisi uşaq liqalarında 3 komanda ilə təmsil olunacaq. Bunlar U-11, U-14 və U-17 komandalarıdır. U-17 komandası barədə onu da deyək ki, heyətdə yalnız 17 yaşlılar deyil, həmçinin 15,16 yaşlı futbolçular da var.

 

Qeyd edək ki, son illər “Xəzər Lənkəran”ın futbol akademiyasına rəhbərlik edən İlhan Akğül ötən mövsümün sonunda klubdan ayrılıb. O, Türkiyəyə qayıdıb. 

Tarix: 9 Sentyabr [11:25]
Oxunub: 700 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Mart 2017
28  Mart 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio