Tərlan Əhmədov: "Danışmağa çətinlik çəkirəm" MÜSAHİBƏ

20:42 - 9 Sentyabr 2016

Azərbaycan Premyer Liqasının IV turunda "Qarabağ" Masazırda yerləşən "Əlincə Arena"da paytaxtın AZAL klubunu qəbul edb.

 

Sportal.az xəbər verir ki, qarşılaşma Ağdam klubunun 6-0 hesablı qələbəsi ilə başa çatıb. 

 

Oyundan sonra baş tutan mətbuat konfransında AZAL-ın çalışdırıcısı Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb: 
 
"Danışmağa çətinlik çəkirəm. Bilmirəm nədən danışım. "Qarabağ"ı qələbə münasibət ilə təkrik edirəm. Hər bir məşqçi mübarizə aparıb, məğlub olmaq istəyir. Bu gün komandamı tanıya bilmirdim. Yəqin ki, bu məğlubiyyət bizə dərs olacaq. Çalışacağıq ki, növbəti oyunlarda səhv etməyək. Hər şeyi yenidən başlamalıyıq. Bu günkü məğlubiyyətə görə futbolçuları günahlandırmıram. Birinci günahkar mənəm. Yaxşı ki, çempionatın əvvəlində belə biz məğlubiyyətlə üzləşdik".

 

- Bu məğlubiyyətə görə kimisə cəzalandıracaqsınızmı?
- Xeyr. Məğlubiyyət qaçılmazdı. Bu oyundu və bunun məğlubiyyəti də sevinci də var. Çalışacağıq ki, nəticə çıxaraq. Cəza haqqında düşünmürəm. "Qarabağ" istənilən vəziyyətinə görə bizdən güclüdü. Yenə deyirəm, bu gün komandamı tanımadım. 

 

- Belə başlanğıcı gözləyirdinizmi?
- Xeyr. Bu biabırçılığı gözləmirdim. Düşünürdüm ki, oyun belə başlamayacaq. Ancaq futbolçular meydanda özlərini göstərə bilmədilər.  

Xəbər xətti