Ukraynalı futbolçu: "Messi kimdi ki?"

12:46 - 13 Sentyabr 2016

Betisin "Real" klubunun yeni transferi Roman Zozulya maraqlı açıqlaması ilə diqqətləri öz üzərinə çəkib.

 

Sportal.az xəbər verir ki, Ukrayna millisinin üzvü ölkəsinin mətbuatına verdiyi müsahibəsində Lionel Messi və Kriştiano Ronaldo haqqında danışıb. 
 
30 yaşlı futbolçu bildirib ki, adıçəkilən futbolçulara qarşı oynaması onun üçün xüsusi bir hiss deyil: "Heç vaxt Ronaldo və Messiyə qarşı oynamğın xəyalları ilə yaşamamışam. Messi kimdi ki? Əgər Messi mənim qarşımda yıxılsa, üzərindən keçəcəyəm". 
 
Qeyd edək ki, Zozulya "Betis"in heyətində 1 oyun keçirib. 

 

Xəbər xətti