"Sumqayıt" 22 yaşlı futbolçu transfer etdi

15:54 - 14 Sentyabr 2016

"Sumqayıt" heyətini yeni futbolçu ilə gecləndirib.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" AZAL-dan ayrılan gənc futbolçu Seymur Əsədovu transfer edib. 21 yaşlılardan ibarət milli komandamızın sabiq üzvü ilə 2 illik müqavilə imzalanıb.

 

22 yaşlı yarımmüdafiəçi artıq yeni komandası ilə birlikdə ilk məşqinə də çıxıb.

Xəbər xətti