Millimizin üzvü rəsmən "Sumqayıt"da

16:16 - 18 Sentyabr 2016

AZAL-dan ayrılan Seymur Əsədovun "Sumqayıt"la razılaşdığı haqda məlumat vermişdik.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "kimyaçılar" Seymur Əsədovu transfer etdiyini rəsmən açıqlayıb. 1994-cü il təvəllüdlü futbolçu "Sumqayıt"la 2 illik müqavilə imzalayıb.

 

Əsədov "Sumqayıt"da 5 nömrəli formanı geyinəcək.

 

Qeyd edək ki, Seymur Əsədov U-21 millimizin üzvüdür.

 

Xəbər xətti