Samir Abasov: "Samir ağzını açan kimi hakimlər bunu görəsi olur?" MÜSAHİBƏ

19:43 - 22 Sentyabr 2016

Premyer Liqanın 3-cü turundan təxirə salınmış "Qəbələ" - "Sumqayıt" matçından sonra qonaqların baş məşqçisi Samir Abasov mətbuat konfransı keçirib.

 

Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin çalışdırıcısı "od püskürdü".
 
"Oyunun bu ssenari ilə keçəcəyini gözləyirdik. Oyunu əks-hücumdan qurmağı planlaşdırmışdıq. İlk yarıdan sonra rəqibin əvəzetmələrə əl atacağını gözləyirdim. İkinci hissədə bir neçə qol şansımız oldu. Son ötürmə çatmadı. İlk qol ofsayddan vuruldu. Nə "Qəbələ" rəhbərliyi, nə də futbolçularına etirazım var. Ancaq paltardəyişmə otağında 30 nəfər kimlərisə lənətləyirsə, onlar nə vaxtsa etdikləri əməllərə görə cavab verəcəklər.
 
- Fasilədən sonra futbolçularınız bir neçə epizodda paxıllıq edib, ötürmə vermirdilər...
- Bu, paxıllıq deyil. Komandanın içərisindəyəm. Ancaq unutmayaq ki, cəmi 1 sağ cinah müdafiəçisiylə oynayırıq.
 
- Əvvəlki açıqlamalarınızda legionersiz oynamağınızdan şikayətlənmişdiniz. İndi də sağ kənar müdafiəçisini əvəzləyən oyunçunuzun olmamasından. Bu da de-fakto klub rəhbərliyindən narazılıq deməkdi. Düşünmürsünüz ki, dedikləriniz karyeranıza təsir göstərə bilər?
- Siz sual verirsiniz, mən də cavablandırıram. Olanını deməyim?! Onda soruşmayın da. Deməyim səbəbləri, 10 turdan sonra deməyəcksiniz ki, ay Samir, filankəs faciədi, onun əvəzinə niyə heç kim yoxdu? Qriqorçuk 90 dəqiqə oyunçularını söyə bilər, ona gözün üstə qaşın var deyən olmur. Nə oldu Samir ağzını açan kimi hakimlər bunu görəsi olur?
 
- Başqa sözlə, çəkinmirsiniz?
- Əşşi...

Xəbər xətti