Millimizin Taylandı mübarizədən kənarlaşdırdığı oyun VİDEO

10:01 - 23 Sentyabr 2016

Futzal üzrə Azərbaycan millisi Kolumbiyada keçirilən dünya çempionatında 1/8 final oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, millimiz Taylandla qarşılaşıb. Görüşün əsas vaxtı 7:7 hesabı ilə başa çatıb. Əlavə vaxtda isə yığmamız 13:8 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib.

 

Milli komandamız 1/4 final mərhələsində Portuqaliya ilə qarşılaşacaq.

 

Qeyd edək ki, millimiz qrup mərhələsində Mərakeşə 5:0 hesabı ilə qalib gəlib, İspaniyaya uduzub (2:4) və son oyunda İranla heç-heçə ( 3:3) edərək 1/8 finala yüksəlmişdi.

 

Dünya çempionatı, 1/8 final


02:30. Tayland - Azərbaycan - 8:13

Qollar: Toenklanq, 8, 12, Vunkao, 17, 18, 25, Sonviçian, 21, Şudeş, 36, 44 - Vassura, 3, 43, Fineo, 5, 12, 43, 47, 48, Vitali Borisov, 13, Bolinya, 27, 28, 40, Poletto, 30, Rövşən Hüseynli, 48

 

VİDEO: https://www.youtube.com/watch?v=29L9VkbGwKs

Xəbər xətti