Rövşən Hüseynli: "Ağlamağıma ən çox səbəb budur"

10:30 - 23 Sentyabr 2016

Futzal üzrə Azərbaycan millisi Kolumbiyada keçirilən dünya çempionatında 1/8 final oyununa çıxıb. Millimiz Taylandla qarşılaşıb. Görüşün əsas vaxtı 7:7 hesabı ilə başa çatıb. Əlavə vaxtda isə yığmamız 13:8 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib.

 

Sportal.az xəbər verir ki, yığmanın çərçivə qoruyucusu Rövşən Hüseynli 1/8 finalda Tailanda 13:8 hesabı ilə qalib gəldiyimiz qarşılaşmada son qolu vurmaqla da diqqət çəkib. O, hesabı 13:8 edən qolun müəllifi olub.

 

Lakin Hüseynli komandamızın ¼ finalda Portuqaliyaya qarşı keçiriəcəkləri oyunu buraxacaq. Son matçda sarı vərəqə ilə cəzalanan qapıçımızın yoxluğu komandamız üçün ciddi itkidir.

 

Taylanda son qolu vurduqdan sonra göz yaşlarını saxlaya bilməyən Hüseynli Sportal.az-a açıqlamasında bunun da səbəbini izah edib:

 

“Öncə millidə ilk qolu vurduğum üçün sevincdən ağladım. Amma ən çox ağlamağıma səbəb 1/4 finalda meydana çıxa bilməyəcəyimdir. Çox təəssüf edirəm ki, vacib görüşdə qapıda dura bilməyəcəm”.

 

Xəbər xətti