"Dinamo"nun Qriqorçuka ehtiyacı olmadı

11:48 - 23 Sentyabr 2016

Kiyev "Dinamo”sunda baş məşqçi Sergey Rebrovun taleyinə aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, o, komandanın sükanı arxasında qalacaq. Bu barədə məlumatı klubun prezidenti İqor Surkis verib. Klub rəhbəri 4 oyunun 3-də uduzmasına baxmayaraq Rebrova güvəndiyini bildirib:

 

"Artıq güclü legionerlər Ukraynaya gəlmirlər. Bu səbəbdən Çempionlar Liqasından öncə heyətimizi gücləndirə bilmədik. Heyətimizdə dəyişiklər də oldu. Buna görə də baş məşqçiyə gənclərə şans verməsini tapşırmışdım. Bu mövsüm zəif təsir bağışlaya bilərik, amma 2 il sonra güclü olacağıq. Rebrova güvənirəm. O komandada qalacaq”.

 

Qeyd edək ki, Ukrayna mətbuatı Rebrovun komandadan göndəriləcəyi halda, "Dinamo”nun "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və ya “Krasnodar”dan ayrılan Oleq Kononova tapşırıla biləcəyi yazılmışdı.

Xəbər xətti