"Lill"in prezidenti "Qəbələ"yə məğlubiyyəti unuda bilmir

12:32 - 23 Sentyabr 2016

Fransanın "Lill” klubunun prezidenti Mişel Seydu Fransa mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, ölkə çempionatının son turunda "Tuluza”ya 1:2 hesablı məğlubiyyətdən sonra komandasının durumundan narazı qaldığını bildirib:

"Vəziyyətimiz məni qane etmir. 6 oyundan sonra yalnız 4 xal toplamışıq və uçuruma gedirik. Bilirsiz mənə ən çox nə pis təsir edir? Avropa Liqasında "Qəbələ"yə məğlub olmaqla turnirdən uzaqlaşmağımız. Çox üzgünü idik. Həmin məğlubiyyəti unuda bilmirəm. Qışda komanda güclənməlidir".

Xəbər xətti