Kamran Ağayevin debütü uğursuz alındı

00:04 - 24 Sentyabr 2016

Portuqaliya Premyer Liqasında 6-cı tura start verilib.

 

Sportal.az xəbər verir ki, turun açılış matçında "Porto" doğma meydanda millimizin üzvləri Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta"nı qəbul edib.

 

Ağayevin start heyətdə meydana çıxdığı və 90 dəqiqə mübarizə apardığı qarşılaşma "Porto"nun 3 - 1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, Emin Mahmudovun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.

Xəbər xətti